news-details
Xəbərlər

Çempionlar Liqası: "Qarabağ" darmadağınla mərhələ adladı

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb. Ağdam klubu Polşa təmsilçisi "Lex"i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşmanı ingiltərəli FIFA referisi Endryu Medli idarə edib.

Poznandakı ilk qarşılaşmada rəqibinə minimal hesabla uduzan "Qarabağ" evdə 5:1 hesablı qalibiyyət əldə edərək mərhələ adlayıb.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

12 iyul

"Qarabağ" - "Lex" (Polşa) - 5:1
Qollar: K.Borges, 14; 74. F.Ozobiç, 42. K.Medina, 56. A.Hüseynov, 77 – K.Velde, 1.
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)
İlk oyun - 0:1

Digər xəbərlər