Çərşənbə 24.04.2024

"Sürix" - "Qarabağ" oyununa təyinatlar açıqlandı

"Sürix" - "Qarabağ" oyununa təyinatlar açıqlandı

İsveçrədə "Sürix" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

"Letsiqrund" stadionunda təşkil ediləcək qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Allard Lindhouta Çarlz Sxap və Roy De Nas köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç iyulun 19-da Bakıda olacaq.