Çərşənbə 24.04.2024

"Sabah" "Fənərbağça" və "Portu"nun sabiq futbolçusu ilə müqavilə imzaladı

"Sabah" "Fənərbağça" və "Portu"nun sabiq futbolçusu ilə müqavilə imzaladı

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb. Klubdan verilən məlumata görə, seneqallı mərkəz müdafiəçisi Abdulaye Ba ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.

Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.

Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək.