Çərşənbə axşamı 23.04.2024

"Şamaxı"nın yeni baş məşqçisi açıqlandı

"Şamaxı"nın yeni baş məşqçisi açıqlandı

"Şamaxı" klubunda yeni təyinatlar olub.

Bölgə təmsilçisindən verilən məlumata görə, Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilib.

Eyni zamanda, sabiq baş məşqçi Rüstəm Əliyevlə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kamran İsmayılov isə klubun baş meneceri təyin olunub.