Şənbə 20.04.2024

"Sumqayıt" serbiyalı müdafiəçi transfer etdi

"Sumqayıt" serbiyalı müdafiəçi transfer etdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib. Klubdan verilən məlumata görə, “Dinamo Zaqreb”dən Serbiya U-21 millisinin üzvü Damian Daniçiç transfer edilib. 22 yaşlı cinah müdafiəçisi mövqeyində çıxış edən Damianla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Srvena Zvezda" klubunun yetirməsi olan Daniçiç karyerası ərzində həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib.