Çərşənbə 24.04.2024

Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazandı

Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazandı

Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.

81 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib fransalı Alfa Ömər Dcalo olub. Rəqibinə "vazari" xalı ilə uduzan Mollayi gümüş medalla kifayətlənib.

Səid ötən həftə Macarıstanda təşkil edilən "Böyük Dəbilqə" yarışında da gümüş medal qazanmışdı.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.