Cümə 26.04.2024

Azərbaycan klublarının Avropa Konfrans Liqasındakı potensial rəqibləri azalıb

Azərbaycan klublarının Avropa Konfrans Liqasındakı potensial rəqibləri azalıb

Azərbaycan klublarının UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

UEFA-nın saytının verdiyi xəbərə görə, "Neftçi" II raundda Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, növbəti raundda aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:

“Tvente” (Niderland)
“Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi
“Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi
“Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi

“Zirə” “Makkabi” (Təl-Əviv, İsrail) səddini adlayacağı halda aşağıda adları qeyd olunan komandalardan biri ilə üz-üzə gələcək:

“Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi
“Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Vikinqur” (Farer adaları) / "Dunayska Streda" (Slovakiya) cütünün qalibi
“Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi
"Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi

“Qəbələ” isə Macarıstanın “Fehervar” klubunu mübarizədən kənarlaşdırsa, növbəti raundda bu komandalardan biri ilə qarşılaşacaq:

“Panatinaikos” (Yunanıstan)
“Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi
“Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi
“Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi

İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.