Cümə axşamı 18.04.2024

UEFA Çempionlar Liqası: "Qarabağ"ın III mərhələdəki potensial rəqibləri bilindi

UEFA Çempionlar Liqası: "Qarabağ"ın III mərhələdəki potensial rəqibləri bilindi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam klubu II təsnifat mərhələsində İsveçrə təmsilçisi "Sürix"i üstələyəcəyi təqdirdə, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" / "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.