Cümə axşamı 28.03.2024

Avropa Konfrans Liqası: təmsilçilərimizin III mərhələdəki potensial rəqibləri bəlli oldu

Avropa Konfrans Liqası: təmsilçilərimizin III mərhələdəki potensial rəqibləri bəlli oldu

Azərbaycan klublarının UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən "Zirə" II təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) komandasını mübarizədən kənarlaşdırsa, "Qomel” (Belarus) / “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.