Cümə 19.04.2024

“Qarabağ” “Sürix”i məğlub yola saldı

“Qarabağ” “Sürix”i məğlub yola saldı

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam klubu II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə təmsilçisi "Sürix"lə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma Qurban Qurbanovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsinin ilk oyunu

19 iyul

"Qarabağ" – "Sürix" - 3:2
Qollar: K.Borges, 17. İ.Vadji, 36; 66 – L.Kamberi, 65. M.Kryeziu, 85-pen.
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (hamısı Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.