Cümə axşamı 02.05.2024

"Fehervar" - "Qəbələ" oyunu canlı yayımlanacaq

"Fehervar" - "Qəbələ" oyunu canlı yayımlanacaq

Sabah "Qəbələ" UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq.

“Qırmızı-qaralar”ın macarlarla səfər matçının canlı yayımlanması məsələsi müsbət həllini tapıb. "CBC Sport" telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-dan etibarən “CBC İnternational” telekanalının canlı efirində olacaq.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Qəbələdə keçiriləcək. Həmin görüş də “CBC İnternational”la canlı yayımlanacaq.