Cümə 29.03.2024

Avropa Konfrans Liqası: "Zirə", "Qəbələ" və "Neftçi" ilk oyunda məğlub oldular

Avropa Konfrans Liqası: "Zirə", "Qəbələ" və "Neftçi" ilk oyunda məğlub oldular

Azərbaycanın 3 klubu Uefa Avropa Konfrans Liqasında mübarizəyə başlayıb. “Neftçi”, “Zirə” və “Qəbələ” sözügedən turnirdə ilk oyunlarını keçiriblər.

Günün ilk matçı Bakıda təşkil edilib. “Zirə” İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edib. “Dalğa Arena”da baş tutan qarşılaşmada təmsilçimiz 3 cavabsız qolla uduzub.

“Qəbələ” Macarıstanda “Fehervar”la üz-üzə gəlib. “Mol Arena”da keçirilən matçda hesabı Azərbaycan təmsilçisi açsa da, qalan dəqiqələrdə 4 qol vuran meydan sahibləri əzmkar qələbə qazanıblar.

“Neftçi” isə Avropa Konfrans Liqasına Kiprdə start verib. “Ağ-qaralar” Limassol təmsilçisi “Aris”lə qarşılşıb. “AEK Arena”dakı görüşdə “Neftçi” 2 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək.

Uefa Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunları

21 iyul

"Zirə" – "Makkabi" (Təl-Əviv) - 0:3
Qollar: Q.Kanikovski, 18. C.Yovanoviç, 22; 54.
Hakimlər: Rob Hennessi, Emmett Daynan, Dermot Brouqto, Oliver Moran (İrlandiya).
Bakı, “Dalğa Arena”.

"Fehervar" – "Qəbələ" - 4:1
Qollar: K.Kodro, 30; 74. A.Rus, 67. B.Zivzivadze, 90 – R.Utziq, 16.
Qırmızı vərəqə: M.Musayev, 86 (ikinci sarı).
Hakimlər: Kaspar Syöberq, Maks Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç).
Sekeşfehervar, “Mol Arena”.

"Aris" – "Neftçi" - 2:0
Qollar: Kayu, 53. Y.Qomis, 65.
Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya).
Larnaka, “AEK Arena”.