Cümə axşamı 25.04.2024

Tofiq Musayev “Bellator”dakı ilk döyüşündə 27 saniyəyə qələbə qazandı

Tofiq Musayev “Bellator”dakı ilk döyüşündə 27 saniyəyə qələbə qazandı

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.

Vaşinqtonda yüngül çəkidə (70 kq-a qədər) rinqə çıxan idmançının rəqibi ABŞ təmsilçisi Sidney Autlou olub. Tofiq rəqibini ilk raundda 27 saniyəyə nokaut edib.

Musayev döyüşdən sonra fikirlərini bildirib: "Əvvəlki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından əvvəl qələbə qazandım. Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında fikirləşirik. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram".

Hazırda 32 yaşlı döyüşçümüzün hesabında 19 qələbə və 4 məğlubiyyət var.