Şənbə 20.04.2024

"Qarabağ"ın legioneri: "Böyük liqalarda reallaşdırmaq istədiyim arzularım var"

"Qarabağ"ın legioneri: "Böyük liqalarda reallaşdırmaq istədiyim arzularım var"

“Qarabağ”ın futbolçusu Kevin Medina İtaliya mətbuatına açıqlama verib. TMW radiosuna danışan kolumbiyalı müdafiəçi reallaşdırmaq istədiyi arzularından danışıb:

“Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Amma gələcəkdə nə olacağını bilmirik. Gözləməliyik. Böyük liqalarda reallaşdırmaq istədiyim arzularım var. Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə kömək etmək və Kolumbiya millisində oynamaq arzumu həyata keçirmək istəyirəm”.

Medina “seçə bilsəydiz, hansı liqada oynamağa üstünlük verərdiz” sualına belə cavab verib: “İngiltərə, Almaniya və ya İspaniya. Bütün rəqabətli liqaları sevirəm. Amma düşünürəm ki, İtaliya çempionatına uyğunlaşa bilərəm. Sürətli mərkəz müdafiəçisiyəm. 4 və 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm”.

2020-ci ildən “Qarabağ”ın formasını geyinən Kevin Medinanın Ağdam klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.