Cümə 11.07.2025

Çempionlar Liqası: "Qarabağ" III təsnifat mərhələsində

Çempionlar Liqası: "Qarabağ" III təsnifat mərhələsində

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ağdam klubu İsveçrədə "Sürix"lə qarşılaşıb. "Letsiqrund" stadionunda oynanılan görüşü niderlandlı FIFA referisi Allard Lindhaut idarə edib.

Bakıdakı ilk qarşılaşmada rəqibinə 3:2 hesabı ilə qalib gələn "Qarabağ" səfərdə 2:2 bərabərə qalıb. İki oyunun nəticəsinə əsasən 5:4 üstün olan təmsilçimiz ÇL-də III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" III təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) üz-üzə gələcək. "Sürix" isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt"lə (Norveç) görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

27 iyul

"Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) - 2:2
Qollar: M.Medvedev, 4 (avtoqol), İ.Santini, 90+6 – K.Borges, 56. K.Ovusu, 98
Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix, "Letsiqrund" stadionu.
İlk oyun - 2:3