Çərşənbə axşamı 23.04.2024

"Neftçi" növbəti mərhələdə, "Qəbələ" və "Zirə" mübarizəni dayandırdı

"Neftçi" növbəti mərhələdə, "Qəbələ" və "Zirə" mübarizəni dayandırdı

Bu gün UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Azərbaycan təmsilçiləri - "Neftçi", "Qəbələ" və "Zirə" də cavab oyunlarını keçiriblər.

"Qəbələ" evdə Macarıstan təmsilçisi "Fehervar"ı qəbul edib. "Qırmızı-qaralar" rəqibi üzərində 2:1 hesablı qələbə qazansa da, ilk oyunun nəticəsinə (4:1) əsasən Avropa Konfrans Liqası ilə vidalaşıb.

"Neftçi" "Bakcell Arena"da "Aris"i sınağa çəkib. Təmsilçimiz Kiprdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxaraq (3:0) Avropa Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. "Neftçi" bu raundda Avstriyanın "Rapid" (Vyana) klubu ilə üz-üzə gələcək.

"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olub. Matç qolsuz bitib. Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzan "Zirə" avrokuboklarda mübarizəni dayandırıb.

UEFA Avropa Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

"Qəbələ" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 2:1
Qollar: R.Muradov, 34. F.Santos, 73 – B.Zivzivadze, 44.
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun - 1:4

"Neftçi" (Azərbaycan) - "Aris" (Kipr) - 3:0
Qollar: Q.Donyo, 38. E.İsrafilov, 57. K.Sayef, 62
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)
Bakı, "Bakcell Arena"
İlk oyun - 0:2

"Makkabi" (Təl-Əviv, İsrail) - "Zirə" (Azərbaycan) - 0:0
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)
Təl-Əviv, "Blumfild" stadionu
İlk oyun - 3:0