Cümə axşamı 25.04.2024

"Qarabağ" və "Neftçi"nin rəqibləri Bakıya qələbə ilə gəlirlər

"Qarabağ" və "Neftçi"nin rəqibləri Bakıya qələbə ilə gəlirlər

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" klubu Macarıstan çempionatında mübarizəyə başlayıb.

Budapeşt təmsilçisi "Puşkaş Akademiyası" komandası ilə ev oyununda 1:0 hesablı qələbəyə sevinib. Yeganə qolu 90+4-cü dəqiqədə Kristof Zakariassen vurub.

"Qarabağ" "Ferentsvaroş"la ilk oyununu avqustun 3-də evdə, cavab matçını avqustun 9-da səfərdə keçirəcək.

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Papid" isə Avstriya Bundesliqasında 2-ci turun oyununa çıxıb. Səfərdə “Klagenfurt”la qarşılaşan Vyana təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. Qarşılaşmadakı yeganə qolu 66-cı dəqiqədə penaltidən Quido Burqstaller vurub.

“Rapid” növbəti oyununu avqustun 4-də Bakıda “Neftçi”yə qarşı keçirəcək. Cavab qarşılaşması ayın 11-də Vyanada baş tutacaq.

Hər iki təmsilçimizin oyunları "CBC Sport"la canlı yayımlanacaq.