Çərşənbə axşamı 16.04.2024

ÇL: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri bəlli oldu

ÇL: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.

Ağdam klubu 3-cü təsnifat mərhələsində Macarıstan təmsilçisi "Ferentsvaroş"u üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.