news-details
Xəbərlər

Avropa Konfrans Liqası: "Neftçi"nin pley-offdakı potensial rəqibləri bilindi

"Neftçi"nin UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələsə, növbəti raundda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək.

"Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.

Digər xəbərlər