Cümə axşamı 25.04.2024

Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"la heç-heçə etdi

Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"la heç-heçə etdi

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam klubu III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşmanın baş hakimi isveçli Andreas Ekberq olub. "Qarabağ" oyuna ciddi itkilərlə çıxıb. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün qarşılaşmada iştirak etməyiblər.

Oyunda hesabı qonaqlar açıblar. Azərbaycan çempionu buraxılan topun əvəzini tez çıxsa da, qalan dəqiqələrdə başqa qol qeydə alınmayıb. Beləcə, ilk oyun heç-heçə bitib.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

3 avqust

"Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 1:1
Qollar: K.Ovusu, 34 – F.Boli, 17.
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu