Cümə 29.03.2024

Avropa Konfrans Liqası: "Neftçi" "Rapid"i məğlub yola saldı

Avropa Konfrans Liqası: "Neftçi" "Rapid"i məğlub yola saldı

"Neftçi" bu gün UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Laurentsiu Regekampfın çalışdırdığı komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib.

"Bakcell Arena"da oynanılan görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edib. Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bakı vaxtı ilə saat 22:30-da start götürəcək oyun "CBC Sport"la canlı yayımlanacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

4 avqust

"Neftçi" (Azərbaycan) - "Rapid" (Vyana, Avstriya) - 2:1
Qollar: A.Caber, 44. K.Sayef, 60 – Q.Burqstaller, 90+5.
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
"Bakcell Arena" stadionu