Cümə axşamı 25.04.2024

Azərbaycan millisi AVRO-2023-ə məğlubiyyətlə başladı

Azərbaycan millisi AVRO-2023-ə məğlubiyyətlə başladı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Azərbaycan millisi ilk matçda doğma meydanda Danimarka yığması ilə qarşılaşıb. Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar 25:22 hesabı ilə başlayıb. İkinci seti millimiz 25:23 hesabı ilə öndə bitirsə də, rəqib növbəti hissələrdə daha yaxşı çıxış edib. Sonrakı hər iki setdə 25:16 üstün olan danimarkalılar matçdan 3:1 qalib ayrılıblar.

Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Voleybol Mərkəzində keçiriləcək və "CBC Sport"la canlı yayımlanacaq.

Qeyd edək ki, təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.