Cümə 11.07.2025

AFFA rəhbərliyi milli üzvləri ilə görüşdü - FOTO

AFFA-nın vitse-prezidentləri Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev və texniki direktor Cahangir Həsənzadə Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüşüblər.

AFFA-dan verilən xəbərə görə, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzində keçirilən görüşdə AFFA rəsmiləri çıxış edərək millinin üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar.

Milli komandanın baş məşqçisi Samir Əliyev AFFA rəhbərliyinin göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, milli komandamız V İslam Həmrəliyi oyununda avqustun 8-də Səudiyyə Ərəbistanı, 10-da İran, 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.