Çərşənbə axşamı 23.04.2024

Mövsümün ilk matçında "Zirə" "Kəpəz"i məğlub etdi

Mövsümün ilk matçında "Zirə" "Kəpəz"i məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürüb. Turun açılış oyununda “Kəpəz” “Zirə” ilə qarşılaşıb.

“Kəpəz”in Gəncədə ev oyunlarını keçirdiyi stadion qəzalı durumda olduğundan, komanda Premyer Liqada ev oyunlarını Bakıda keçirməli olub.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasilə ərəfəsində "Kəpəz" hesaba tarazlıq gətirib. İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə daha bir qol vuran "Zirə" mövsümün ilk matçından qalib ayrılmağı bacarıb.

Azərbaycan Premyer Liqası, I tur

5 avqust

"Kəpəz" – "Zirə" - 1:2
Qollar: M.Erqemlidze, 45+1 - M.Hamdaui, 32. S.Taşkın, 90+4.
Qırmızı vərəqə: D.Çantakias, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
Bakı. “Dalğa Arena”.