Şənbə 27.04.2024

Son çempion "Qarabağ" "Səbail"ə qalib gəldi

Son çempion "Qarabağ" "Səbail"ə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu keçirilib.

Son çempion "Qarabağ" "Azersun Arena"da "Səbail"lə üz-üzə gəlib. Qonaqlar yeni baş məşqçisi Mahmud Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçına çıxıb.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 15-i Ağdam klubunun, 2-si paytaxt təmsilçinin xeyrinə başa çatıb. 2 qarşılaşmada qalib müəyyənləşməyib.

Budəfəki görüşdə sevinən tərəf "Qarabağ" olub. Meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Azərbaycan Premyer Liqası, I tur

6 avqust

“Qarabağ” – “Səbail” - 3:1
Qollar: M.Qurbanlı, 42. R.Şeydayev, 45+2-pen; 47 – E.Tağıyev, 71.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
VAR hakimi: Fərid Hacıyev
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
“Azersun Arena”.