Cümə axşamı 25.04.2024

“Neftçi” Şamaxıda, “Sabah” Bakıda qələbə qazandı

“Neftçi” Şamaxıda, “Sabah” Bakıda qələbə qazandı

Bu gün Misli Premyer Liqasında daha 2 oyun keçirilib.

Günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı "Neftçi" arasında olub. Şamaxı şəhər stadionundakı qarşılaşmanı Kamal Umudlu idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Emin Mahmudov "ağ-qaralar"a qələbə qazandırıb.

Digər görüşdə "Sabah" "Sumqayıt"ı qəbul edib. "Bank Respuklika Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olub. Paytaxt təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, turun əvvəlki iki oyununda "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" isə evdə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası, I tur

7 avqust (bazar)

"Şamaxı" – "Neftçi" - 0:1
Qol: E.Mahmudov, 80
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu, 17:00

"Sabah" – "Sumqayıt" - 3:0
Qollar: A.Nuriyev, 28. C.L.Mikels, 53. K.Sebalyos, 90+5
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR hakimi: Əliyar Ağayev
VAR hakiminin köməkçisi: Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
"Bank Respublika Arena".