Cümə axşamı 25.04.2024

"Qəbələ" Tovuzda 2 cavabsız qolla qələbə qazandı

"Qəbələ" Tovuzda 2 cavabsız qolla qələbə qazandı

Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulub. Turun son matçında “Turan Tovuz” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

31-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Piruzi Marakvelidze birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" evdə "Səbail"i 3:1, "Neftçi" "Şamaxı"da eyniadlı komandanı 1:0, "Sabah" isə evdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası, 1-ci tur

8 avqust

"Turan Tovuz" – "Qəbələ" - 0:2
Qollar: İ.Alimi, 58-pen. R.Utziq, 63.
Qırmızı vərəqə: P.Marakvelidze, 31.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu