Cümə 29.03.2024

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində!

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində!

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ağdam klubu Macarıstanda "Ferentsvaroş" klubu ilə üz-üzə gəlib. "Groupama Arena"da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu 16 və ya 17 avqustda evdə, cavab görüşünü isə 24 və ya 25 avqustda səfərdə keçirəcək.

"Qarabağ" eyni zamanda UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsinin cavab oyunu

9 avqust

"Ferentsvaroş" – "Qarabağ" - 1:3
Qollar: A.Traore, 86 – A.Zubir, 7. İ.Vadji, 54; 78.
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya).
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva.
Budapeşt, “Groupama Arena”.