Cümə 29.03.2024

"Real Madrid" 5-ci dəfə UEFA Superkubokunu qazandı

"Real Madrid" 5-ci dəfə UEFA Superkubokunu qazandı

UEFA Superkubokunun qalibi müəyyənləşib. Finlandiyanın paytaxtında İspaniyanın "Real Madrid" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib.

Qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

"Real Madrid" tarixində 5-ci dəfə UEFA Superkubokunu qazanıb.

UEFA Superkuboku

10 avqust

"Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:0
Qollar: David Alaba, 37. Kərim Benzema, 65
Baş hakim: Maykl Oliver
Helsinki Olimpiya Stadionu