Çərşənbə 24.04.2024

"Neftçi" Avropa Konfrans Liqasında mübarizəni dayandırdı

"Neftçi" Avropa Konfrans Liqasında mübarizəni dayandırdı

"Neftçi" UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. "Ağ-qaralar" Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olub.

"Allianz" stadionunda keçiriləcək görüşü FIFA referisi Rohit Saqqinin rəhbərliyi ilə norveçli hakimlər briqadası idarə edib. Əlavə vaxta qədər davam edən oyunda avstriyalılar 2 cavabsız qolla qələbə qazanaraq pley-offa vəsiqə qazanıblar.

Bakıdakı ilk qarşılaşmada "Neftçi" 2:1 hesablı qələbəyə sevinmişdi.

UEFA Avropa Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

"Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan) 2:0
Qollar: M.Qrüll, 66. F.Druif, 113
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)
Vyana, "Allianz" stadionu