Cümə 26.04.2024

"Sabah"dan ardıcıl 2-ci qələbə

"Sabah"dan ardıcıl 2-ci qələbə

Azərbaycan Premyer Liqasında II tura start verilib. Günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edib. "Dalğa Arena"da keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 6 xalla liderliyini möhkəmlədib. 3 xalı olan "Zirə" isə 5-ci pillədə qərarlaşıb.

Turun digər qarşılaşmaları 13-14 avqustda keçiriləcək. İkinci oyun günündə "Qarabağ" "Sumqayıt"ın, "Turan Tovuz" "Səbail"in, son gündə isə "Şamaxı" "Qəbələ"nin, "Neftçi" "Kəpəz"in qonağı olacaq.

Misli Premyer Liqası, 2-ci tur

12 avqust

"Zirə" – "Sabah" - 1:3
Qollar: S.Taşkın, 34 – A.Ba, 5. C.L.Mikels, 26. N.Ələskərov, 48.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
VAR: Rauf Cabarov
AVAR: Kamal Umudlu
“Dalğa Arena”