Şənbə 20.04.2024

"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi

"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçirilib. Günün ilk matçında ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

"Kapital Bank Arena"dakı qarşılaşma Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.

Digər görüşdə "Səbail" "Turan Tovuz"u qəbul edib. "ASCO Arena"dakı qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Bölgə klubunun qolunu 47-ci dəqiqədə Natan Oduva vurub.

Misli Premyer Liqası, 2-ci tur

13 avqust

"Sumqayıt" – "Qarabağ" - 0:2
Qollar: M.Qurbanlı, 90+4. F.Ozobiç, 90+8.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
“Sumqayıt Arena”

"Səbail" – "Turan Tovuz" - 0:1
Qol: N.Oduva, 47.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
“ASCO Arena”