Cümə axşamı 28.03.2024

“Neftçi”dən darmadağın, “Qəbələ”dən inamlı qələbə

“Neftçi”dən darmadağın, “Qəbələ”dən inamlı qələbə

Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Sonuncu oyun gününün ilk matçında "Qəbələ" evdə "Şamaxı" ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun sonuncu oyununda "Neftçi" "Kəpəz"i qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası, 2-ci tur

14 avqust

"Qəbələ" – "Şamaxı" - 3:1
Qollar: R.Muradov, 8. M.Musayev, 10. F.Santos, 20 – A.Yunanov, 56.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu

"Neftçi" – "Kəpəz" - 5:2
Qollar: S.Kvirkveliya, 11. Q.Donyo, 12. K.Sayef, 15. E.İsrafilov, 51. Y.Boqomolski, 89 – A.Şuaybu, 57. N.Süleymanov, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
“Bakcell Arena”