Çərşənbə axşamı 04.10.2022

"Qarabağ" "Viktoriya Plzen"lə heç-heçə etdi

"Qarabağ" "Viktoriya Plzen"lə heç-heçə etdi

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Təmsilçimiz Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub.

Ağdam klubu oyuna ciddi itkilərlə çıxıb. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyiblər. Rəqibin heyətində isə itki yoxdur.

Matça gəlincə, tərəflərin cəhdlərinə baxmayaraq oyun qolsuz bitib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

17 avqust

"Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) - 0:0
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu