Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Sonuncu oyun günündə iki görüş təşkil edilib.
Əvvəlcə diqqətlər Zirə İdman Komleksinin stadionuna yönəlib. “Zirə” “Keşlə” ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda qələbə qazanmaqla “Qarabağ”ın xal itirməsindən maksimum yararlanmağa çalışacaqdılar ki, buna nail ola bilməyiblər. Meydan sahibləri 3 xalı 3 qolla əldə ediblər.
Turun qapanış matçı “Neftçi” ilə “Qəbələ” arasında keçirilib. Ötən tur “Keşlə”yə uduzan paytaxt təmsilçisi məğlubiyyəti unutdurmağı hədəfləmişdisə, “Qəbələ” sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmalı idi. 5 qolun qeydə alındığı görüşdə "Neftçi" qalib gələrək, yenidən 2-ci pilləyə yüksəlib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sumqayıt” evdə “Qarabağ” (2:1), “Sabah” isə səfərdə “Səbail” (3:1) üzərində əzmkar qələbəyə sevinib.
Azərbaycan Premyer Liqası, XII tur
24 noyabr (bazar)
“Zirə” – “Keşlə” - 3:1
Qollar: X.S.Rodriqes, 6-pen; 11. C.Hüseynov, 35 - R.Qurbanov, 45+5.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Komleksinin stadionu
“Neftçi” – “Qəbələ” - 4:1
Qollar: S.Mustivar, 17. Ö.Buludov, 24. S.Monroz, 34. E.Platellas, 90+1 - A.Seydiyev, 90+5.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Bakcell Arena