Cümə axşamı 01.05.2025

"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi

"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Ağdam klubu G qrupunun IV turunda Bakıda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü Kreyq Pausonun rəhbərliyi ilə ingiltərəli hakimlər briqadası idarə edib. Qarşılaşma qolsuz bitib.

Ağdam klubu heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Avropa Konfrans Liqası üçün pley-off vəsiqəsini təmin edib.

G qrupunun digər görüşündə "Frayburq" Fransada "Nant"ı 4 cavabsız qolla üstələyərək xallarının sayını 12-yə çatdırıb və Avropa Liqasında pley-offa vəsiqəni təmin edib. İkinci yeri sahibi olan "Qarabağ"ın aktivində 7 xal var. "Nant" 3 xalla 3-cü, "Olimpiakos" 1 xalla sonuncu pillədə qərarlaşıb.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

"Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:0
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu