Cümə 29.03.2024

"Qəbələ" "Zirə"ni, "Keşlə" "Sumqayıt"ı məğlub etdi

"Qəbələ" "Zirə"ni, "Keşlə" "Sumqayıt"ı məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış oyunu Qəbələdə olub. Burada yerli "Qəbələ" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. "Qəbələ" son pillədən qurtulmaq, "Zirə" isə daha da yuxarı pillələrə yüksəlmək üçün mübarizə aparıb. 3 qolun qeydə alındığı görüşdə bölgə təmsilçisi rəqibinə şans verməyib.

Günün digər oyununda "Keşlə" və "Sumqayıt" üz-üzə gəlib. Turnir cədvəlində qonşu olan bu komandaların dueli maraqla gözlənilirdi. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Qeyd edək ki, XIII turun digər qarşılaşması sabah keçiriləcək. "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura dekabrın 2-də təşkil olunacaq "Sabah" - "Qarabağ" dueli ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

30 noyabr

"Qəbələ" – "Zirə" - 3:0

Qollar: Rövlan Muradov, 13; Fernan Lopez, 41; Davit Volkov, 70

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı

Qəbələ şəhər stadionu

"Keşlə" – "Sumqayıt" - 2:1

Qollar: M. Boyoviç, 16. L.Frutos, 54 - Ə.Ağayev, 66.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev.

“ASCO Arena”