Cümə 26.04.2024

AVRO-2020-nin püşkü atıldı: Türkiyə millisi Bakıya gələcək

AVRO-2020-nin püşkü atıldı: Türkiyə millisi Bakıya gələcək

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının püşkü atılın. Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanıb. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların da adları bəlli olub. Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb.

Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat mərhələsinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyənləşib.

Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınıb. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşüb.

İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland qərarlaşıb. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya daxil ediib. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi yer alıb.

Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşüblər.

Səbətlərin tərkibi:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)

A qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə

B qrupu: Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)

C qrupu: Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

AVRO-2020-də Bakıda keçiriləcək A qrupunun oyunlarının təqvimi artıq bəllidir.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları paytaxtımızda təşkil olunacaq. İyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.