Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə bir görüş təşkil olunub.
Mövsümün açılış matçında “Keşlə” “Kəpəz”lə üz-üzə gəlib. Elita təmsilçisi bu görüşün aşkar favoriti hesab olunurdu. Dörd qolun qeydə alındığı qarşılaşma məhz paytaxt təmsilçisinin xeyrinə bitib və növbəti mərhələyə vəsiqə qazanıb. Bununla "Keşlə" 1/4 finalda "Qarabağ"a rəqib olub.
Qeyd edək ki, bu mərhələnin “Sabah” – “Ağsu”, “Zirə” – “Qaradağ Lökbatan” və “Sumqayıt” – “Zaqatala” qarşılaşmaları sabah keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
“Keşlə” – “Kəpəz” - 3:1
Qollar: Ruslan Əmircanov, 25; Xəzər Mahmudov, 56, 87 - Nodar Məmmədov, 45+3
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
“ASCO Arena”