Çərşənbə axşamı 16.04.2024

“Qarabağ” “Keşlə” ilə bərabərə qaldı

“Qarabağ” “Keşlə” ilə bərabərə qaldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib. İlk oyun günündə bir görüş keçirilib.

Qış fasiləsi öncəsi son turun açılış matçında lider “Qarabağ” “Keşlə”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunda Ağdam klubu zirvədəki mövqeyini daha da möhkəmləndirməyə çalışacaqdı. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Turun qalan görüşləri bazar günü keçiriləcək. “Sabah” “Neftçi”ni, “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XIV tur

6 dekabr

“Qarabağ” - “Keşlə” - 2:2

Qollar: D.Kintana, 4. M.Mədətov, 45 - H.Hacılı, 40 (avtoqol). T.Bayramlı, 47.

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov.

Tofiq Bəhramov adına Respublika Stadionu