Bazar 03.12.2023

Azərbaycan millisindən ardıcıl 5-ci qələbə

Azərbaycan millisindən ardıcıl 5-ci qələbə

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib. Yığma komandamız səfərdə Şimali Makedoniya seçməsi ilə qarşılaşıb.

Skopyedəki Todor Proeski Milli Arenasında oynanılan görüş "CBC Sport"la canlı yayımlanıb.

Ardıcıl 4 qələbə qazanaraq tarixinin rekorduna imza atan millimiz uğurlu seriyasını 5-ə çatdırmağı bacarıb.

Azərbaycan yığması 2022-ci ildə keçirdiyi son oyunda Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəlib.

Beynəlxalq yoldaşlıq oyunu

20 noyabr

Şimali Makedoniya - Azəraycan - 1:3
Qollar: E.Bardi, 25 - E.Cəfərquliyev, 38. M.Qurbanlı, 65. R.Şeydayev, 88.
Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)
Skopye, “Todor Proeski Milli Arena”sı