Cümə 29.03.2024

DÇ-2022-yə start verildi, Qətər Ekvadora məğlub oldu

DÇ-2022-yə start verildi, Qətər Ekvadora məğlub oldu

Bu gün futbol üzrə 22-ci dünya çempionatına start verilib. Mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gəlib.

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayıb. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edib.

Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mundial dekabrın 18-də başa çatacaq.

Dünya çempionatı

A qrupu, I tur

Qətər - Ekvador - 0:2
Qollar: E.Valensiya, 16-pen; 31.
Baş hakim: Daniele Orsato (İtaliya)
"El-Bayt" stadionu