Cümə axşamı 18.04.2024

DÇ-2022: Niderland və İngiltərə qələbə qazandı, ABŞ Uels-lə heç-heçə etdi

DÇ-2022: Niderland və İngiltərə qələbə qazandı, ABŞ Uels-lə heç-heçə etdi

Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun keçirilib.

Günün ilk matçında B qrupunda İngiltərə və İran qarşılaşıb. 8 qolun qeydə alındığı oyunda Avropa təmsilçisi darmadağına sevinib.

A qrupunun ikinci matçında Niderland millisi Seneqalla üz-üzə gəlib və çətin qələbə qazanıb. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador millisinə 0:2 hesabı ilə uduzub.

Günün son matçında ABŞ millisi Uelslə görüşüb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

DÇ-2022, qrup mərhələsi

I tur

21 noyabr

A qrupu

Seneqal – Niderland - 0:2
Qollar: K.Qakpo, 84. D.Klaassen, 90+9.
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Al-Tumama” stadionu

B qrupu

İngiltərə – İran - 6:2
Qollar: C.Bellingem, 35. B.Saka, 43; 62. R.Sterlinq, 45+1. M.Reşford, 71. C.Qriliş, 90 – M.Taremi, 65; 90+14-pen.
Baş hakim: Rafael Klaus (Braziliya)
“Xəlifə” stadionu

ABŞ – Uels - 1:1
Qollar: T.Vea, 36 - Q.Beyl, 82-pen.
Baş hakim: Əbdülrəhman Əl-Jassim (Qətər)
“Əhməd ibn Əli” stadionu