Şənbə 20.04.2024

Azərbaycan Kuboku: “Qəbələ”, “Səbail” və “Turan Tovuz” 1/4 finalda

Azərbaycan Kuboku: “Qəbələ”, “Səbail” və “Turan Tovuz” 1/4 finalda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünə start verilib. 1/8 finalın ilk oyun günündə 3 görüş keçirilib.

Eyni saatda başlayan matçlarda "Səbail" MOİK-in, "Turan Tovuz" "Şamaxı"nın qonağı olub. Hər iki qarşılaşmada qonaqlar qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Günün son oyununda "Qəbələ" I Divizion təmsilçisi "Araz Naxçıvan"ı qəbul edib. Bölgə təmsilçisi 5 cavabsız qolla qalib gələrək adını 1/4 finala yazdırıb.

1/8 finalın "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final

22 noyabr

MOİK – “Səbail” - 0:4
Qollar: F.Mazurek, 18. Ə.Qarəhmədov, 30. M.Abbasov, 75. M.Çex, 90
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabbarov
Binə qəsəbə stadionu.

“Şamaxı” – “Turan Tovuz” - 0:1
Qol: N.Oduva, 68.
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.

“Qəbələ” – “Araz Naxçıvan” - 5:0
Qollar: M.İsayev, 29. R.Maçado, 56. İ.Alimi, 60. F.Santos, 63. Ü.İsgəndərov, 73.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.