Cümə 29.03.2024

DÇ-2022: Fransa qələbə, Argentina məğlubiyyətlə başladı

DÇ-2022: Fransa qələbə, Argentina məğlubiyyətlə başladı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha 2 qrupda mübarizəyə start verilib.

Günün ilk matçı C qrupunda baş tutub. Mundialın favoritlərindən hesab olunan Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və gözlənilmədən məğlub olub. Bu qrupun digər matçında Meksika yığması Polşa ilə qolsuz heç-heçə edib.

D qrupunda Danimarka yığması Tunisin müqavimətini qıra bilməyib. Fransa isə Avstraliya ilə görüşdə 4:1 hesablı qələbəyə sevinib.

Dünya çempionatı

22 noyabr

C qrupu

Argentina - Səudiyyə Ərəbistanı - 1:2
Qollar: L.Messi, 10-pen - S.Əl-Şehri, 48. S.Əl-Davsari, 53
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Lusail" stadionu

Meksika - Polşa - 0:0
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974"

D qrupu

Danimarka - Tunis - 0:0
Baş hakim: Sesar Arturo Ramos
"Edyukeyşn Siti" stadionu

Fransa - Avstraliya - 2:1
Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)
"Əl-Canub" stadionu