Şənbə 11.05.2024

“Sabah”, “Kəpəz” və “Zirə” də 1/4 finala vəsiqə qazandı

“Sabah”, “Kəpəz” və “Zirə” də 1/4 finala vəsiqə qazandı

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib.

İlk matçlar saat 14:00-da start götürüb. "Mingəçevir" "Zirə"yə uduzub, "Kəpəz" "Sumqayıt"ı məğlub edib.

Günün və mərhələnin sonuncu qarşılaşmasında "Sabah" "Qaradağ Lökbatan"ı sınağa çəkib. Bu matç Premyer Liqa klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

1/8 final mərhələsinin ilk oyunlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0, "Qəbələ" isə "Araz Naxçıvan"ı 5:0 hesabı ilə üstələyib.

Yarımfinala vəsiqə uğrunda "Qarabağ" - "Qəbələ", "Səbail" – "Sabah", "Zirə" - "Neftçi" və "Kəpəz" - "Turan Tovuz" görüşləri keçiriləcək. Bu mərhələnin oyunları 8-9 və 19-20 dekabrda təşkil ediləcək.

Azərbaycan Kuboku, 1/8 final

23 noyabr (çərşənbə)

“Mingəçevir” – “Zirə” - 0:2
Qollar: D.Çantakias, 30. R.Əhmədzadə, 60
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

“Kəpəz” – “Sumqayıt” - 1:0
Qol: M.Erqemlidze, 9.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu

“Sabah” – “Qaradağ Lökbatan” - 5:0
Qollar: D.Volkov, 33. B.Həsənalızadə, 39. E.Apeh, 61; 88; 90+1.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Babək Quliyev
“Bank Respublika Arena”