Cümə 29.03.2024

DÇ-2022: Belçika və İspaniyadan qələbə, Almaniyadan sürpriz məğlubiyyət

DÇ-2022: Belçika və İspaniyadan qələbə, Almaniyadan sürpriz məğlubiyyət

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında daha 4 oyun keçirilib.

Günün ilk matçı F qrupunda olub. Xorvatiya millisi Mərakeşi sınağa çəkib. Bu oyunda qapılara qol vurulmayıb.

Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

E qrupunda Almaniya seçməsi Yaponiya ilə qarşılaşıb. Bu oyunda hesabı almanlar açsa da, yaponiyalılar əzmkar və sürpriz qələbəyə imza atıblar. İspaniya isə Kosta Rika ilə görüşdə 7 cavabsız qola sevinib.

Dünya çempionatı

23 noyabr

F qrupu

Mərakeş - Xorvatiya - 0:0
Baş hakim: Fernando Rapallini (Argentina).
"Əl-Bayt" stadionu.

Belçika - Kanada - 1:0
Qol: M.Batşuayi, 44.
Matçın 11-ci dəqiqəsində A.Deyvis penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Canni Sikazve (Zambiya).
"Əhməd Bin Əli" stadionu.

E qrupu

Almaniya - Yaponiya - 1:2
Qollar: İ.Gündoğan, 33-pen - R.Doan, 75. T.Asano, 83.
Baş hakim: İvan Barton (Salvador).
"Xəlifə" stadionu.

İspaniya - Kosta Rika - 7:0
Qollar: D.Olmo, 11. M.Asensio, 21. F.Torres, 31-pen; 54. Qavi, 74. K.Soler, 90. A.Morata, 90+2.
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri).
"Al Tumama" stadionu.