Cümə axşamı 18.04.2024

DÇ-2022: Braziliya və Portuqaliya milliləri qələbə qazandı

DÇ-2022: Braziliya və Portuqaliya milliləri qələbə qazandı

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində ilk tura yekun vurulub.

İlk turun sonuncu oyun günündə ilk görüş G qrupunda təşkil edilib. İsveçrə və Kamerun yığmalarının oyununda avropalılar minimal hesabla qələbə qazanıblar.

Bu qrupun digər matçında Braziliya millisi Serbiya ilə üz-üzə gəlib. Cənubi amerikalılar Rişarlisonun dublu sayəsində qalib gəliblər.

H qrupunun ilk qarşılaşmasında Uruqvay və Cənubi Koreya yığmaları qarşılaşıb. Matç qolsuz bitib. Qrupun digər görüşündə Portuqaliya yığması Qananı 3:2 hesabı ilə üstələyib.

DÇ-2022

24 noyabr

G qrupu

İsveçrə - Kamerun - 1:0
Qol: B.Embolo, 48
Baş hakim: Fakundo Telyo (Argentina)
"Əl-Canub" stadionu

Braziliya - Serbiya - 2:0
Qollar: Rişarlison, 62; 73
Baş hakim: Alireza Faqani (İran)
"Lusail" stadionu

H qrupu

Uruqvay - Cənubi Koreya - 0:0
Baş hakim: Kleman Türpen (Fransa)
"Edyukeyşn Siti" stadionu

Portuqaliya - Qana - 3:2
Qollar: K.Ronaldo, 65-pen. J.Feliks, 78. R.Leao, 80 – A.Ayyu, 73. O.Bukari, 89
Baş hakim: İsmail Elfat (ABŞ)
"Stadiium 974" arenası