Cümə 26.04.2024

DÇ-2022: Fransa 1/8 finalda, Argentinadan inamlı qələbə

DÇ-2022: Fransa 1/8 finalda, Argentinadan inamlı qələbə

Qətərdə təşkil olunan dünya çempionatında C və D qruplarında 2-ci tur çərçivəsində ümumilikdə 4 qarşılaşma keçirilib.

Günün ilk matçı D qrupunda Tunis və Avstraliya milliləri arasında təşkil olunub. Avstraliyalılar minimal hesabla qalib gələrək vacib 3 xal əldə ediblər. Bu qrupun digər oyununda Fransa Danimarkanı 2:1 üstələyib. Bununla da son dünya çempionu 1/8 finala vəsiqəni təmin edən ilk komanda olub.

C qrupunda isə ikinci tura Polşa - Səudiyyə Ərəbistanı matçı ilə start verilib. Polşalılar bu oyundan inamlı qələbə ilə ayrılıblar. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə görüşdə qalibiyyətə sevinib.

Dünya çempionatı

26 noyabr

C qrupu

Polşa - Səudiyyə Ərəbistanı - 2:0
Qollar: Pyotr Zelinski, 39. Robert Levandovski, 82.
Matçın 45+1-ci dəqiqəsində Salem Əl-Davsari penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Vilton Sampayo (Braziliya).
"Edyukeyşn Siti" stadionu.

Argentina - Meksika - 2:0
Qollar: Lionel Messi, 64. Enso Fernandes, 87.
Baş hakim: Daniele Orsato (İtaliya).
"Lusail" stadionu.

D qrupu

Tunis - Avstraliya - 0:1
Qol: Mitçell Dyuk, 23.
Baş hakim: Daniel Zibert (Almaniya).
"Əl-Canub" stadionu.

Fransa - Danimarka - 2:1
Qollar: Kilian Mbappe, 61; 86 - Andreas Kristensen, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
"Stadium 974".