Cümə axşamı 25.04.2024

"Neftçi" 3 xalı 3 qolla qazandı

"Neftçi" 3 xalı 3 qolla qazandı

Bu gün Misli Premyer Liqasında XV tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

Doğma meydanda "Səbail"lə üz-üzə gələn "Neftçi" Premyer Liqada "dənizçilər"lə duellərdə arıdıcıl 10-cu görüşündə rəqibinə qalib gəlib. "Səbail" isə ardıcıl 14 matçda qələbə qazana bilməyib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır.

XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.

Misli Premyer Liqası, XV tur

27 noyabr (bazar)

“Neftçi” – “Səbail” - 3:1
Qollar: E.Mahmudov, 27; 51-pen; 77-pen - R.Məhərrəmli, 63
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
“Bakcell Arena”